Hüseyn Həsənov axtarışa verilməsini şərh etdi

Bloqer Hüseyn Həsənov Rusiyada axtarışa verilməsi və qiyabi həbs qərarı ilə bağlı şərh verib.
BAKU.WS xəbər verir ki, o, bu barədə "Instagram" səhifəsində yazıb:
"Bəli, "qiyabi həbs" sözü qorxuducu səslənir, amma əslində hər şey o qədər də dramatik deyil. Bütün vergi məsələləri ötən il həll edilib. Hüquqşünaslarım bu vəziyyətlə məşğuldurlar", - bloqer bildirib.
Xatırladaq ki, Rusiyada Həsənov barəsində xüsusilə böyük miqdarda pul vəsaitinin leqallaşdırılması ilə bağlı cinayət işi açılıb. Ona qiyabi həbs qətimkan tədbiri seçilib. Bloqeri 7 ilədək həbs cəzası gözləyir.
Qeyd edək ki, Rusiya İstintaq Komitəsinin məlumatına görə, Hüseyn Həsənov 2019-2021-ci illərdə 170 milyon rubldan çox (təxminən 3,6 milyon manat) məbləğində vergidən yayınmaqda ittiham olunur.
***19:15
Azərbaycanəsilli bloger Hüseyn Həsənov Rusiyada axtarışa verilib və barəsində qiyabi həbs qərarı çıxarılıb.
Bu barədə BAKU.WS TASS-a istinadən xəbər verir.
H.Həsənov Rusiya Federasiyası Cinayət Məcəlləsinin 174-cü maddəsinin 4-cü hissəsi (çirkli pulların yuyulması) ilə qiyabi ittiham olunub. Hazırda həbs qərarından apellyasiya şikayəti verilir.
Rusiya Daxili İşlər Nazirliyinin məlumatına görə, bloger axtarışda olanlar siyahısına salınıb.
Oxşar xəbərlər
Maka Boçorişvili: Aİ ilə münasibətlərdən Gürcüstana qarşı alət kimi istifadə etmək cəhdləri açıq görünür
Avropa İttifaqı ilə münasibətlərdən Gürcüstana qarşı alət kimi istifadə etmək cəhdləri açıq görünür. BAKU.WS "Report"a istinadən xəbər verir ki, bunu Gürcüstanı...
