Azərbaycanlı məktəbli BMT Oyunlarında medal qazanıb

Azərbaycanlı məktəbli BMT Oyunlarında medal qazanıb
Foto
Digər 183

2025-ci il BMT Oyunlarının bağlanış mərasimində 12 yaşlı azərbaycanlı yeniyetmə Kamal Məmmədəliyev Təşkilat Komitəsi tərəfindən medalla təltif olunub.

"Report"un ABŞ bürosu xəbər verir ki, BMT-nin Nyu-Yorkdakı qərargah binasında baş tutan bağlanış mərasimi Türkmənistanın BMT-dəki Daimi Nümayəndəliyinin təşkilatçılığı ilə keçirilib.

110 ölkədən 800-dən çox iştirakçının qatıldığı turnirin bağlanış mərasimində BMT daxilində fəaliyyət göstərən bütün idman növləri üzrə qaliblərə kuboklar, medallar və xüsusi mükafatlar təqdim olunub.

Azərbaycanın BMT-dəki daimi nümayəndəsi Tofiq Musayev də mərasimdə iştirak edib.

Tədbirdə çıxış edən BMT rəsmiləri və tanınmış idmançılar, o cümlədən İtaliya futbol millisinin sabiq kapitanı, UEFA "Euro 2020" çempionu Corco Kiellini və stolüstü tennis üzrə Olimpiya çempionu Liu Qo Lianq idmanın dostluq, dialoq və əməkdaşlıq vasitəsi olaraq əhəmiyyətini vurğulayıblar.

Azərbaycanlı gənc Kamal Məmmədəliyev 2025-ci il BMT Oyunlarının Mərkəzi Asiya və onun hüdudlarından olan uşaqlardan ibarət komandada çıxış edərək çempionlar sırasında yer alıb. K.Məmmədəliyev səhnədə çıxışı zamanı oyunların onun həyatında yaratdığı imkanlardan və beynəlxalq dostluğun verdiyi dəyərlərdən danışıb. O bildirib ki, idman yalnız yarış deyil, həm də bəşəri dəyərlərin və birliyin təntənəsidir.

Futbol, voleybol, basketbol, tennis, şahmat, stolüstü tennis, yoqa və digər idman növləri üzrə qaliblərə medallar və diplomlar təqdim olunub. Qaliblər sırasında BMT əməkdaşları komandası çempion elan olunub, Rusiya missiyası isə ikinci yeri tutub. Ən yaxşı oyunçu, qapıçı və müdafiəçi nominasiyaları üzrə fərqlənən iştirakçılara da xüsusi mükafatlar təqdim olunub.

Oxşar xəbərlər

Mürəbbəli çay sevənlərə XƏBƏRDARLIQ

Mürəbbəli çay sevənlərə XƏBƏRDARLIQ

Ənənəvi Azərbaycan süfrələrinin sevimlisi olan mürəbbə illərlə "qonaqpərvərliyin simvolu" kimi təqdim olunub. Xüsusilə səhər yeməklərinin vazkeçilməzi olan bu q...

164 Digər 17:41 22 iyul 2025

Son xəbərlər