Maşınına od vuran hərbçi DANIŞDI
Yeniliklərdən dərhal xəbərdar olun
Bəzi sosial şəbəkələrdə bir şəxsin avtomobilinə benzin tökərək od vurub yandırdığına dair görüntülər yayılıb.
İddialara görə, həmin şəxs bu addımı avtomobillə bağlı yaranmış borc səbəbindən atıb.
Maşını yandıran şəxs - Murad Əfəndiyev hadisənin təfərrüatı barədə Baku TV-yə danışıb.
"Maşını bacanağımdan almışdım. Texniki baxışdan keçməsi üçün etibarnamə sahibi şəxsən özü gəlməli idi, amma gəlmədi. Dəfələrlə zəng etdim, cavab vermədi. Nəticədə, ard-arda cərimələr gəldi və məbləğ 800 manata çatdı. Həmin şəxs gəlib dedi ki, maşını ver, satıram. Dedim ki, mənim çörəyim bu avtomobildən çıxır, necə yəni satırsan? Buna görə də, əsəbiləşib maşını yandırdım", - M.Əfəndiyev deyib.
Daxili İşlər Nazirliyindən (DİN) bildirilib ki, bir nəfərin avtomobil yandırması barədə sosial mediada paylaşılan görüntülər polis əməkdaşları tərəfindən araşdırılıb:
"Hadisənin mayın 11-də Xəzər rayonu ərazisində baş verdiyi məlum olub. Araşdırmalarla onun bir il əvvəl aldığı "Fiat Doblo" markalı avtomobilin sahibinə borclu qaldığı 1000 manatı qaytara bilmədiyinə görə nəqliyyat vasitəsini qəsdən yandırması müəyyən edilib. Faktla bağlı Xəzər Rayon Polis İdarəsinin 1-ci Polis Şöbəsində araşdırmalar davam etdirilir".
Ətraflı süjetdə:
Oxşar xəbərlər
Həkimin öldü dediyi körpə morqda 4 saat sağ qalıb
ABŞ-nin Arizona ştatında hovuzda boğulma təhlükəsi keçirən 18 aylıq körpə həkimin səhlənkarlığı nəticəsində ölü elan edilərək morqa aparılıb. Körpənin təxminən...