Gürcüstanda itkin düşən Aytac Məmmədovanın meyiti aşkarlanıb
14
may
2025
23:52
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Gürcüstanın paytaxtı Tbilisidə Kür çayına düşən avtomobilin və içərisindəki şəxslərin axtarışları zamanı qadın meyiti aşkarlanıb.
"Report"un yerli bürosu 24News.ge xəbər portalına istinadən bildirir ki, tapılan meyit aidiyyəti üzrə ekspertizaya göndərilib.
Ekspertiza nəticələrinə əsasən müəyyən olunub ki, meyit 40 gün əvvəl itkin düşmüş Qardabani bələdiyyəsinin Kosalı kənd sakini, 21 yaşlı Aytac Məmmədovaya məxsusdur.
Xatırladaq ki, Aytac Məmmədova ötən ay itkin düşüb və axtarışları nəticə verməyib.
Faktla bağlı araşdırma aparılır.
Oxşar xəbərlər
Xırdalan dairəsi yaxınlığındakı açıq lük problemi həll edilib
Xırdalan dairəsi yaxınlığındakı açıq lük problemi həll edilib. BAKU.WS-in qurumdan əldə etdiyi məlumata görə, həmin ünvanda yağış suyu barmaqlığı qısa müddətdə...