2025-ci il Bakıda bu ərazilərdəki qəzalı binalar söküləcək

2025-ci il Bakıda bu ərazilərdəki qəzalı binalar söküləcək
Video
Sosial 3112

Bu il dövlət büdcəsindən qəzalı binalarla bağlı problemin həlli üçün 50 milyon manata yaxın vəsait nəzərdə tutulub.

BAKU.WS Xəzər TV-yə istinadən xəbər verir ki, Nazirlər Kabineti tərəfindən qəbul edilən qərara əsasən, Bakının Suraxanı rayonu üzrə 63, Nəsimi rayonu üzrə 226, Xətai rayonu üzrə 99, Nərimanov rayonu üzrə 219, Nizami rayonu üzrə 131, Yasamal rayonu üzrə 18, Səbail rayonu üzrə 41, Pirallahı rayonu üzrə 297 yaşayış binasının sökülməsi nəzərdə tutulur.

Plana düşən bəzi binalar sökülüb, bəziləri ilə bağlı tikinti şirkətləri sakinlərlə danışıq aparıb və yaxın zamanda söküləcəyini bildirib, lakin bir çox yerdə isə sakinlər, ümumiyyətlə, binalarının nə vaxt söküləcəyi, onlara nə qədər kompensasiya veriləcəyi ilə bağlı məlumatsızdırlar. Yeniliklərdən biri də odur ki, bir çox ərazilərdə söküləcək binaların yerində binalar tikilməyəcək, parklar salınacaq.

Millət vəkili Razi Nurullayev isə deyir ki, bəzi ərazilər üzrə qəzalı binaların sökülməsi prosesi çox ləng irəliləyir.

Qeyd edək ki, Bakıda 1100-ə yaxın qəzalı binanın olduğu bildirilir.

Oxşar xəbərlər

Gəncədə güclü külək sakinlərə təhlükəli anlar yaşadıb

Gəncədə güclü külək sakinlərə təhlükəli anlar yaşadıb

İyunun 16-dan başlayan külək Gəncədə irigövdəli ağacların aşmasına səbəb olub. Təbiət hadisəsi zamanı xəsarət alan olmasa da, qırılan ağaclar piyadaların və avt...

21 Sosial 22:54 17 iyun 2025

Son xəbərlər