Rafael Ağayev yenidən əməliyyat olundu
Tokio-2020 Yay Olimpiya Oyunlarının gümüş medalçısı, tanınmış karateçi Rafael Ağayev əlindəki problem səbəbilə əməliyyat keçirməli olub.
BAKU.WS xəbər verir ki, bu barədə idmançı şəxsi sosial media hesabında məlumat verib.
Ağayev paylaşımında bildirib ki, əməliyyat uğurla başa çatıb və hazırda səhhətində ciddi problem yoxdur.
Qeyd edək ki, Rafael Ağayev bir neçə gün öncə burun çəpərinin əyriliyi ilə əlaqədar da əməliyyat olunmuşdu.
Xatırladaq ki, o, beş dəfə dünya çempionu, 11 dəfə Avropa çempionu adını qazanıb və bir çox beynəlxalq turnirdə Azərbaycan bayrağını zirvəyə yüksəldib.
Qalereya
Oxşar xəbərlər
Qarabağ Regional Təhsil İdarəsində yeni təyinat olub
Qarabağ Regional Təhsil İdarəsinin müdiri Sənan Mənsimlinin müvafiq əmrinə əsasən Elməddin Əsgər oğlu Bəşirov qurumun tədrisin keyfiyyəti sektorunun müdiri vəzi...