Vendel "Qalatasaray"a keçmək istəyir
Yeniliklərdən dərhal xəbərdar olun
Sankt-Peterburqun "Zenit" klubunun braziliyalı futbolçusu Vendel "Qalatasaray"ın onunla bağlı transfer danışıqlarının sona çatmasında maraqlı deyil. Futbolçu "Cim-Bom"da oynamaqda maraqlı görünür.
BAKU.WS xəbər verir ki, bunu jurnalist Raisa Simplisio X sosial şəbəkəsində hesabında yazıb.
Bir qədər əvvəl mətbuatda "Zenit"in Vendelə görə "Qalatasaray"dan 25 milyon avro istədiyini İstanbul nəhənginin isə 18 milyon avro verə biləcəyi xəbəri yayılmışdı.
Futbolçu ötən mövsüm "Zenit"in forması ilə çıxdığı 35 matçda 4 qol və 10 məhsuldar ötürməyə imza atmışdı. Transfermartk futbolçunu 20 milyon avro olaraq dəyərləndirir.
Oxşar xəbərlər
Ali Koç "Zenit" prezidentinə məktub yazaraq Vendeli "Qalatasaray"a satmamağa çağırıb
"Fənərbağça" prezidenti Ali Koç "Zenit" rəhbəri Aleksandr Medvedevə müraciət edərək Sankt-Peterburq təmsilçisinin braziliyalı futbolçusu Vendeli "Qalatasaray"a...