Ukrayna "Çelsi"nin satışından əldə olunan vəsaiti hələ də ala bilməyib
Ukrayna Londonun "Çelsi" futbol klubunun satışından əldə olunmalı olan vəsaiti Rusiya iş adamı Roman Abramoviç ilə Cersi adası hökuməti arasında gedən məhkəmə çəkişməsinə görə ala bilmir.
BAKU.WS xəbər verir ki, bu barədə "The Telegraph" nəşri yazıb.
Məlumata görə, vəsaitin gecikməsinin əsas səbəbi dünya üzrə investorlar üçün "vergi limanı" kimi tanınan Cersi adası ilə Abramoviç arasında davam edən məhkəmə mübahisəsidir.
Qeyd edilir ki, 2022-ci ilin aprelində Cersinin Kral Məhkəməsi iş adamının təxminən 7 milyard dollar (5,3 milyard funt sterlinq) dəyərində olan aktivlərini müsadirə edərək cinayət işi açıb.
Abramoviç "Çelsi"ni 2003-cü ildə 140 milyon funt sterlinqə almışdı. Onun rəhbərliyi dövründə London klubu beş dəfə İngiltərə Premyer Liqasının çempionu olub, iki dəfə Çempionlar Liqasını, iki dəfə Avropa Liqasını, beş dəfə İngiltərə Kubokunu və üç dəfə İngiltərə Liqa Kubokunu qazanıb. 2022-ci ilin mayında isə sanksiyalar səbəbindən klubun satışı reallaşdırılıb.
Britaniya hökuməti həmin satışdan əldə olunan bütün vəsaitin Ukraynada humanitar yardımlara yönəldiləcəyini vəd etmişdi.
Oxşar xəbərlər
Ronaldo Ağ Evdə Trampla görüşəcək
ABŞ Prezidenti Donald Tramp bu gün "Əl-Nəsr" klubunun və Portuqaliya yığmasının futbolçusu Kriştianu Ronaldonu Ağ Evdə qəbul edəcək. BAKU.WS xəbər verir ki, gör...