UEFA "Qarabağ" klubunu 26000 avro cərimələyib
UEFA "Qarabağ" klubunu 26000 avro cərimələyib.
BAKU.WS "Report"a istinadən xəbər verir ki, buna Azərbaycan çempionunun Bakıda "Ayaks"a (Niderland) qarşı keçirdiyi UEFA Avropa Liqası matçında yaşananlar səbəb olub.
"Köhlən atlar" "komandanın düzgün olmayan davranışı"na (3 qırmızı, 5 sarı vərə) görə 14000 avro ödəyəcək.
Ağdam təmsilçisi sözügedən oyunda lazerdən istifadə olduğu üçün isə 12000 avro cərimələnib.
UEFA Avropa Liqasında Liqa mərhələsinin III turunun qarşılaşması qonaqların qələbəsi ilə yekunlaşıb - 3:0. "Qarabağ"ın heyətində Julio Romao ilə məşqçi Çudomir Çakarov birbaşa qırmızı vərəqə alıblar, Elvin Cəfərquliyev ikinci sarı vərəqədən sonra meydandan qovulub. Bundan əlavə, digər futbolçular - Abbas Hüseynov, Yassin Benzia, Kevin Medina, Marko Yankoviç və baş məşqçi Qurban Qurbanov sarı vərəqə ilə cəzalandırılıblar.
Oxşar xəbərlər
Zərərçəkənlər dələduzluqda təqsirləndirilən bağça direktorunun əməllərindən danışdılar
Dələduzluqda təqsirləndirilən "Moon Kids" uşaq bağçasının direktoru Havvaxanım Rüstəmovanın məhkəmə prosesi davam etdirilib. BAKU.WS Oxu.Az-a istinadən xəbər ve...