UEFA “Neftçi”nin rəqibini cərimələyib
Yeniliklərdən dərhal xəbərdar olun
“Neftçi”nin UEFA Konfrans Liqasının II təsnifat mərhələsindəki rəqibi Bosniya və Herseqovina klubu “Jelezniçar” cərimələnib.
BAKU.WS report-a istinadən xəbər verir ki, buna səbəb I raundda Belarus təmsilçisi “Dinamo” (Minsk) ilə ev oyununda yerli azarkeşlərin tribunaların pilləkənlərində oturaraq keçidi bağlamaları olub.
Fanatların davranışı sarayevoluların UEFA tərəfindən 8000 avro məbləğində cərimələnməsinə səbəb olub. “Jelezniçar” tamaşaçılardan “Neftçi” ilə keçiriləcək matçda eyni səhvi təkrarlamamağı xahiş edib.
Qeyd edək ki, iyulun 27-də “Qrbavitsa” stadionunda keçiriləcək “Jelezniçar” – “Neftçi” oyunu Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.
Oxşar xəbərlər
Konfrans Liqası: Azərbaycan klublarının potensial rəqibləri müəyyənləşib - YENİLƏNİB
Azərbaycan klublarının UEFA Konfrans Liqasının III təsnifat mərhələsindəki potensial rəqibləri bəlli olub. BAKU.WS report-a istinadən xəbər verir ki, "Sabah" II...