UEFA İnfantinonun istefasını tələb edir
Yeniliklərdən dərhal xəbərdar olun
UEFA prezidenti Aleksander Çeferinin rəhbərlik etdiyi qurum FIFA prezidenti Canni İnfantinoya etimadını itirdiyini açıqlayıb və onun istefasını tələb edib.
BAKU.WS "Le Monde" nəşrinə istinadən xəbər verir ki, UEFA İnfantinonun FIFA-nın özəl investorlara açılması planından geri çəkilməsini kifayət hesab etmir.
Qurum hesab edir ki, bu təşəbbüs futbol ictimaiyyətinin etimadını ciddi şəkildə sarsıdıb.
UEFA bəyanatında bildirib ki, İnfantino təkcə təşkilatın deyil, futbol ailəsinin bir çox üzvünün də etimadını itirib və buna görə də vəzifəsini tərk etməlidir.
Qeyd edək ki, FIFA etirazlardan sonra özəl investorlara açılma layihəsini dayandırdığını açıqlamışdı.
Oxşar xəbərlər
Əliyar Ağayev UEFA Millətlər Liqası matçına təyinat aldı
Azərbaycanlı FİFA referisi Əliyar Ağayev UEFA Millətlər Liqasının qrup mərhələsinin oyununa təyinat alıb. BAKU.WS Oxu.Az-a istinadən xəbər verir ki, Əliyar Ağay...