UEFA Çempionlar Liqasının oyunu zamanı nümayiş olunan siyasi plakatla əlaqədar araşdırmalara başlayıb

UEFA Çempionlar Liqasının oyunu zamanı nümayiş olunan siyasi plakatla əlaqədar araşdırmalara başlayıb
İdman 2377

UEFA Qazaxıstan "Astana"sı ilə Çempionlar Liqasının III təsnifat mərhələsinin cavab görüşündən sonra Polşa "Legiya"sına qarşı intizam araşdırmasına başlayıb.

"Report"un məlumatına görə, Varşava klubuna 2 maddə üzrə ittiham irəli sürülüb.

Bunlar qeyri-qanuni plakat açma və stadionda keçidlərin bağlanmasıdır. İşə avqustun 17-də baxılacaq.

Qeyd edək ki, Varşavadakı "Polşa döyüşçüləri" stadionunda keçirilmiş qarşılaşma meydan sahiblərinin qələbəsi ilə yekunlaşıb - 1:0. Lakin ilk görüşdə "Astana" 3:1 hesabı ilə qalib gəldiyi üçün mərhələ adlayıb.

Xatırladaq ki, oyunun startı ərəfəsində polşalı azarkeşlər uşağın başına tapança dirəyən almaniyalı əsgər təsvirli banner açıblar. Arxa fonda isə Polşa bayrağı rəngində parça və 1944 rəqəmi olub. Banner 1944-cü il Polşa üsyanında dünyasını dəyişənlərə həsr olunub. Mətndə yazılıb: "Varşavadakı üsyan vaxtı almanlar 160 min insan öldürüblər. Onlardan 1000-i uşaq olub". 

BAKU.WS

Oxşar xəbərlər

Son xəbərlər