UEFA Çempionlar Liqasında yarımfinalın son iştirakçıları bu gün müəyyənləşəcək
Yeniliklərdən dərhal xəbərdar olun
Bu gün UEFA Çempionlar Liqasında yarımfinala yüksələcək son iki komanda bəlli olacaq.
BAKU.WS xəbər verir ki, günün qarşılaşmalarında İtaliyanın "İnter" klubu Almaniya nəhəngi "Bavariya"nı, İspaniyanın "Real Madrid" komandası isə İngiltərənin "Arsenal"ını qəbul edəcək. Hər iki görüş Bakı vaxtı ilə saat 23:00-da start götürəcək.
Xatırladaq ki, dünən keçirilən oyunlardan sonra Fransanın PSJ və İspaniyanın "Barselona" klubları yarımfinal mərhələsinə vəsiqə qazanıblar. Onlar bu gün müəyyənləşəcək rəqiblərini gözləyirlər.
16 aprel
UEFA Çempionlar Liqası
Dörddəbir final mərhələsi
Saat 23:00, "İnter" - "Bavariya" (ilk oyun - 2:1);
Saat 23:00, "Real Madrid" - "Arsenal" (ilk oyun - 0:3).
Oxşar xəbərlər
Cüdo üzrə böyüklər arasında Bakı şəhər çempionatı start götürüb
Abşeron Olimpiya İdman Kompleksində cüdo üzrə böyüklər arasında Bakı şəhər çempionatı start götürüb. BAKU.WS xəbər verir ki, ilk yarış günündə qadınlar arasında...