UEFA Çempionlar Liqası: "Qarabağ" - "Şelburn" oyununun biletləri satışa çıxarılır
UEFA Çempionlar Liqasının II təsnifat mərhələsində keçiriləcək "Qarabağ" - "Şelburn" (İrlandiya) oyununun biletləri bu gün, saat 12:00-dan etibarən satışa çıxarılacaq.
BAKU.WS xəbər verir ki, Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək matçın biletlərinin qiyməti müvafiq olaraq 5, 10, 20, 30, 75 və 100 manat təşkil edir.
VVIP C və VVIP D sektorlara bilet alaraq, VIP Lounge üstünlüklərindən yararlanmaq istəyən azarkeşlər üçün biletlərin qiyməti isə 300 manatdır.
Biletləri "iTicket.az"-ın satış məntəqələri (iTicket.az-da onlayn satış); "Park Bulvar"dakı "Qarabağ" FK-nın Fan-Şopu və Tofiq Bəhramov adına Respublika stadionunun kassalarından əldə etmək mümkündür.
Oxşar xəbərlər
"Aston Villa" Ferran Torresin transferi üzərində işləyir
İngiltərənin "Aston Villa" klubu İspaniya təmsilçisi "Barselona"da çıxış edən Ferran Torresi heyətinə qatmaqda maraqlıdır. BAKU.WS report-a istinadən xəbər veri...