UEFA Azərbaycan klubunun rəqibini cərimələyib
Yeniliklərdən dərhal xəbərdar olun
UEFA "Sabah"ın UEFA Konfrans Liqasının II təsnifat mərhələsində rəqibi olmuş İsrailin "Makkabi" (Hayfa) klubunu cərimələyib.
BAKU.WS "Report"-a istinadən xəbər verir ki, Avropa futbol qurumu təmsilçimizin Hayfa təmsilçisi ilə Macarıstanda gerçəkləşən ilk matçına hüququ qiymət verib.
İsrail klubu Macarıstanın Kişvarda şəhərində yerləşən “Varkert” stadionundakı görüşdə azarkeşlərin pirotexniki vasitələrdən istifadəsinə görə 46 750 avro ödəməli olacaq.
Qeyd edək ki, qarşılaşma Azərbaycan komandasının 3:0 hesablı qələbəsi ilə başa çatmışdı. Bakıdakı oyunun əlavə vaxtında 3:6 hesabı ilə uduzan "Sabah" penaltilər seriyasında (3:2) sevinən tərəf olub.
Oxşar xəbərlər
Azərbaycan millisi Bakıda təşkil olunan U-15 dünya çempionatında növbəti matçını keçirib
Azərbaycan millisi Bakıda təşkil olunan U-15 dünya çempionatı və festivalında növbəti matçını keçirib. BAKU.WS report-a istinadən xəbər verir ki, Famil Xəlilovu...