UEFA Avropa Liqasının qalibi "Tottenhem" oldu
Yeniliklərdən dərhal xəbərdar olun
UEFA Avropa Liqasında 2024/2025 mövsümünün qalibi müəyyənləşib.
Həlledici görüşdə İngiltərənin iki klubu - "Tottenhem" və "Mançester Yunayted" üz-üzə gəlib.
İspaniyanın Bilbao şəhərindəki "San Mames" stadionunda baş tutan görüşdə London təmsilçisi 1:0 hesabı ilə qalib gələrək baş mükafata sahib çıxıb.
Yeganə qolu 42-ci dəqiqədə Brennan Conson "qırmızı şeytanlar"ın qapısından keçirib.
Bununla da "Tottenhem" tarixi ərzində üçüncü dəfə turnirin qalibi adını qazanıb.
Qeyd edək ki, UEFA Avropa Liqasının ötənilki qalibi İtaliyanın "Atalanta" klubu olub.
Oxşar xəbərlər
Kaşuk aldığı xəbəri açıqladı: "Bunu uzun müddətdir gözləyirdim"
"Qarabağ"ın futbolçusu Aleksey Kaşuk Ukrayna milli komandasına ilk dəfə dəvət alması ilə bağlı təəssüratlarını bölüşüb. BAKU.WS Oxu.Az-a istinadən xəbər verir k...