"Türkiyənin ən şərəfli klubuna gəldim" deyən Kerem səbəbini açıqladı

Türkiyənin ən şərəfli klubuna gəldim deyən Kerem səbəbini açıqladı
Foto
İdman 143

Ötən gün "Fənərbağça" Kerem Aktürkoğlu və Marko Asensio ilə müqavilə imzaladığını rəsmən açıqlayıb. Klubla dörd illik müqavilə bağlayan Kerem İstanbula gələrkən dediyi və "Qalatasaray" azarkeşlərini qəzəbləndirən "Türkiyənin ən şərəfli klubuna gəldim" sözlərinə aydınlıq gətirib.

BAKU.WS xəbər verir ki, o, bu barədə sosial şəbəkə hesabında paylaşıb.

"Bilirsinizmi niyə "Türkiyənin ən şərəfli klubuna qoşulduğum üçün xoşbəxtəm" demişdim. Çünki Hakan Safiyə "Benfika" – "Fənərbağça" matçlarından əvvəl "Benfika məni buraxmaq istəmədiyi üçün oyuna çıxacağımı söylədim. Prezidentimiz isə bu fikirlərimə qarşılıq olaraq bildirib ki, müqavilə bağladığın klub üçün etməli olduğun hər şeyi edəcəksən".

Safi: Keremi xüsusi olaraq istəyirdim.

Amma onun matçda qol vurmasından və "Benfika"ya vəsiqə qazandırmasında kömək etdikdən sonra hər şeyin dəyişəcəyini düşünmədiyimi desəm yalan olar.

Kerem: Prezidentimiz mənə zəng edib dedi ki, biz səni istəyirik. Etməli olduğunu etdin. Bu şərəfli hərəkətlər mənim açıqlamamın səbəbidir. Əks halda, başqa klubları təhqir etmək fikrim yoxdur.

Son xəbərlər