Türkiyədə 14 futbolçunun həbsinə order verildi
İstanbul Prokurorluğu qanunsuz mərc fəaliyyəti ilə bağlı aparılan istintaq çərçivəsində 14 futbolçunun həbs edilməsi üçün order verib.
BAKU.WS xəbər verir ki, bu barədə "TRT Haber" məlumat yayıb.
Türkiyədə futbol üzrə qeyri-qanuni mərc qalmaqalı geniş rezonans doğurub. Adları açıqlanmayan 14 futbolçu ilə yanaşı, daha 15 nəfər barəsində də həbs qərarı çıxarılıb. Onların arasında İstanbulun "Qalatasaray" klubunun keçmiş baş direktoru Erden Timurun da olduğu bildirilir. Futbolçuların öz komandalarına qarşı mərc etdikləri şübhəsi var.
Qeyd olunur ki, noyabrın 13-də Türkiyə Futbol Federasiyası (TFF) idmana mərc etdiklərinə görə 102 futbolçunu diskvalifikasiya edib. Cəzanın minimum müddəti 45 gün, maksimum müddəti isə bir il təşkil edib.
Qalmaqala futbol hakimlərinin də cəlb olunduğu bildirilir. Noyabrın 1-də TFF-nin Peşəkar Futbol üzrə İntizam Şurası idmana mərc etdiyi müəyyən edilən hakimlərə sanksiyalar tətbiq edib. Ümumilikdə peşəkar komandaların oyunlarını idarə edən 149 hakim 8 aydan 12 aya qədər diskvalifikasiya olunub.
Oxşar xəbərlər
Erden Timur da daxil olmaqla 24 nəfər saxlanılıb
Türkiyə futbolunda qanunsuz mərc fəaliyyəti ilə bağlı aparılan araşdırma çərçivəsində daha 29 nəfər haqqında saxlanılma qərarı qəbul edilib. BAKU.WS-in NTV-yə i...