Slovakiya - Azərbaycan matçının stadionu dəyişdirilib
17
okt
2019
20:17
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Azərbaycan yığmasının AVRO-2020-nin seçmə mərhələsində səfərdə Slovakiyaya qarşı keçirəcəyi matçın stadionu dəyişdirilib. BAKU.WS "Report"a istinadla xəbər verir ki, qarşılaşma əvvəlcədən nəzərdə tutulduğu kimi paytaxt Bratislavadakı Milli Futbol Stadionunda baş tutmayacaq. UEFA görüşün Trnava şəhərindəki Anton Malatinski adına Stadionda olacağını təsdiqləyib. Buna səbəb Bratislavadakı arenanın ot örtüyünün yaxşı vəziyyətdə olmamasıdır. Qeyd edək ki, noyabrın 19-da keçiriləcək Slovakiya - Azərbaycan matçı Bakı vaxtı ilə saat 23:45-də başlayacaq.
Oxşar xəbərlər
Azərbaycan Macarıstana məğlub oldu - YENİLƏNİB
AVRO-2020-nin seçmə mərhələsi çərçivəsində keçirilən Macarıstan - Azərbaycan matçı başa çatıb. BAKU.WS xəbər verir ki, xorvatiyalı Nikola Yurçeviçin rəhbərlik e...