Azərbaycan yığması üç futbolçusunu itirib

Azərbaycan yığması üç futbolçusunu itirib
İdman 657
Futbol üzrə Azərbaycan milli komandası ciddi itki ilə üzləşib.BAKU.WS-in məlumatına görə, yığmanın üç futbolçusu AVRO-2020-nin seçmə mərhələsinin növbəti oyununu buraxacaq.Bunlar milliləşən legionerlər Anton Krivotsyukla Dmitri Nazarov, həmçinin kapitan Maksim Medvedevdir.Onlar E qrupunun bu gün keçirilən VI turunun Xorvatiya ilə ev görüşündə sarı vərəqə aldıqları üçün bu durumla üzləşiblər. “Üçlük” seçmə mərhələdə 3-cü dəfə xəbərdarlıqla cəzalanıb.Bunadək A.Krivotsyuk Slovakiya ilə ev, Uelslə səfər, M.Medvedev Xorvatiya ilə səfər, Macarıstanla ev, D.Nazarov Macarıstanla ev, Uelslə səfər görüşlərində cəzalanmışdı.Bu üç oyunçu oktyabrın 13-də Macarıstana qarşı keçiriləcək matçı buraxacaq.

Oxşar xəbərlər

"Avro 2020": Millimiz Xorvatiya ilə heç-heçə edib (YENİLƏNİB)

"Avro 2020": Millimiz Xorvatiya ilə heç-heçə edib (YENİLƏNİB)

​​​​Futbol üzrə Avropa çempionatının seçmə mərhələsi çərçivəsində "Bakcell Arena"da keçirilən Azərbaycan-Xorvatiya oyununda qalib müəyyənləşməyib.BAKU.WS xəbər...

774 İdman 21:56 09 sentyabr 2019

Son xəbərlər