Uels və Azərbaycan yığmalarının start heyətləri açıqlanıb
06
sen
2019
21:53
Futbol üzrə AVRO-2020-nin seçmə mərhələsi çərçivəsində keçirilən Uels - Azərbaycan oyununun heyətləri açıqlanıb.BAKU.WS-in məlumatına görə, bu gün Kardiff şəhər stadionunda üz-üzə gələcək komandalar matçda iştirak edəcək futbolçuları müəyyənləşdiriblər. Məşqçilər korpusu ilk “11-lik”lərini və ehtiyatda qalacaq futbolçuları oyunun protokoluna daxil ediblər. Bu, millimizin baş məşqçi Nikola Yurçeviçin yetirmələrinin seçmə mərhələdə 4-cü matçı olacaq.Xorvatiyalı mütəxəssis və onun uelsli həmkarı Rayan Giqqz E qrupunun V turunun Bakı vaxtı ilə saat 22:45-də başlayacaq matçında heyətə aşağıdakı futbolçuları daxil ediblər.AVRO-2020-nin seçmə mərhələsiE qrupu, V tur6 sentyabr22:45. Uels - AzərbaycanBaş hakim: Farrucia Kann Trustin (Malta)Uels: 1. Ueyn Hennesi, 3. Neyl Teylor, 5. Kris Mefan, 6. Co Rodon, 7. Co Allen, 10. Harri Uilson, 11. Qaret Beyl (k), 14. Konnor Roberts, 18. Etan Ampadu, 19. Tom Lourens, 20. Daniel CeymsEhtiyat oyunçular: 12. Denni Uord, 21. Adam Devis, 2. Kris Qanter, 4. Ben Devis, 8. Metyu Smit, 9. Sem Vokes, 13. Kiffer Mur, 15. Ceyms Lourens, 16. Tom Lokyer, 17. Conni Uilyams, 22. Co Morriel, 23. Uil VaulksBaş məşqçi: Rayan GiqqzAzərbaycan: 1. Səlahət Ağayev, 2. Qara Qarayev, 3. Şəhriyar Rəhimov, 5. Maksim Medvedev (k), 6. Bəhlul Mustafazadə, 10. Mahir Emreli, 11. Ramil Şeydayev, 13. Dmitri Nazarov, 18. Anton Krivotsyuk, 20. Riçard Almeyda, 21. Pavel PaşayevEhtiyat oyunçular: 12. Emil Balayev, 23. Şahruddin Məhəmmədəliyev, 7. Araz Abdullayev, 8. Emin Mahmudov, 9. Ağabala Ramazanov, 14. Rəşad Eyyubov, 15. Ömər Buludov, 16. Rüfət Dadaşov, 17. Renat Dadaşov, 19. Təmkin Xəlilzadə, 22. Cavid HüseynovBaş məşqçi: Nikola YurçeviçKardiff. Şəhər stadionu
Oxşar xəbərlər
AVRO-2020-də bol qollu gecə - NƏTİCƏLƏR
Dünən AVRO-2020-nin seçmə mərhələsinin D, F, G və J qruplarında ümumilikdə 9 görüş baş tutub.BAKU.WS oyunların nəticələrini təqdim edir: D qrupuCəbəllütariq - D...