Azərbaycan millisi tarixində 10-cu dəfə topu öz qapısına vurub - AVTOQOLLAR

Azərbaycan millisi tarixində 10-cu dəfə topu öz qapısına vurub - AVTOQOLLAR
İdman 903
Azərbaycan millisinin AVRO-2020-nin seçmə mərhələsinin Uelslə oyununda avtoqol qeydə alınıb.BAKU.WS APA-ya istinadən xəbər verir ki, Kardiffdəki görüşdə hesabı öz qapısına qol vuran Pavel Paşayev açıb.Yığmanın müdafiəçisi milli karyerasında ilk dəfə avtoqol müəllifi olub. Lakin komandamız tarixində yubiley – 10-cu dəfə öz qapısına qol vurub.Rəşad Sadıqov yığmanın avtoqollar üzrə rekordçusudur. O, 4 dəfə qapıları səhv salıb. İlk avtoqolun müəllifi kimi tarixə düşən Tərlan Əhmədov, həmçinin Emin Ağayev, Emin Quliyev, Maksim Medvedev və Aftandil Hacıyev də P.Paşayev kimi bir dəfə üzülüb.Azərbaycan yığmasının bütün avtoqolları7 sentyabr 2002-ci il. AÇ-2004-ün seçmə mərhələ oyunuBakı. Azərbaycan – İtaliya 0:2Tərlan Əhmədov12 oktyabr 2002-ci il. AÇ-2004-ün seçmə mərhələ oyunu Helsinki. Finlandiya – Azərbaycan – 3:0 Emin Ağayev14 dekabr 2003-cü il. Yoldaşlıq görüşüDubay. BƏƏ – Azərbaycan – 3:3Emin Quliyev, 426 mart 2005-ci il. DÇ-2006-ın seçmə mərhələ oyunu Varşava. Polşa – Azərbaycan – 8:0 Aftandil Hacıyev, 1629 may 2010-cu il. Yoldaşlıq görüşü.Bişofshofen. Makedoniya – Azərbaycan – 3:1Rəşad Sadıqov, 667 sentyabr 2010-cu il. AÇ-2012-nin seçmə mərhələ oyunuKöln. Almaniya – Azərbaycan – 6:1Rəşad Sadıqov, 5313 oktyabr 2014-cü il. AÇ-2016-nın seçmə mərhələ oyunuOsiyek. Xorvatiya – Azərbaycan – 6:0Rəşad Sadıqov, 611 sentyabr 2017-ci il. DÇ-2018-in seçmə mərhələ oyunuOslo. Norveç – Azərbaycan – 2:0Rəşad Sadıqov, 6023 mart 2018-ci il. Yoldaşlıq görüşüBakı. Azərbaycan – Belarus – 0:1Maksim Medvedev6 sentyabr 2019-cu il. AÇ-2020-nin seçmə oyunuKardiff. Uels – Azərbaycan – 1:0 (davam edir)Pavel Paşayev

Oxşar xəbərlər

Azərbaycan millisi Uelsə uduzdu - YENİLƏNİB

Azərbaycan millisi Uelsə uduzdu - YENİLƏNİB

Yığmamız Qaret Beylin qolu ilə qarşılaşmadan 1:2 hesablı məğlubiyyətlə ayrılıb. ***Futbol üzrə Avropa çempionatının seçmə mərhələsi çərçivəsində Kardiff şəhər s...

1051 İdman 00:35 07 sentyabr 2019

Son xəbərlər