Azərbaycan Macarıstana məğlub oldu - YENİLƏNİB

13
okt
2019
21:50
AVRO-2020-nin seçmə mərhələsi çərçivəsində keçirilən Macarıstan - Azərbaycan matçı başa çatıb. BAKU.WS xəbər verir ki, xorvatiyalı Nikola Yurçeviçin rəhbərlik etdiyi yığma komandamız Budapeştdə keçirilən qarşılaşmada 1:0 hesabı ilə məğlub olub. ***20:45Macarıstan və Azərbaycanın futbol üzrə milli komandaları arasında AVRO-2020-nin seçmə qrup matçında ilk hissə sona çatıb. BAKU.WS xəbər verir ki, qarşılaşmanın 10-cu dəqiqəsində meydan sahibləri erkən qol vurublar. Macarıstan millisinin heyətində Mihay Korhut fərqlənib: Macarıstan - Azərbaycan 1:0***17:00Bu gün Azərbaycan yığması Avro-2020-nin seçmə mərhələsində növbəti qarşılaşmasına çıxacaq.BAKU.WS verir ki, millimiz səfərdə Macarıstan kollektivi ilə qarşılaşacaq.Bakıda rəqibinə 1:3 hesabı ilə məğlub olan yığmamız səfərdə bunun əvəzini çıxmağa çalışacaq.13 oktyabrAvro-2020-nin seçmə mərhələsiE qrupu20:00. Macarıstan – AzərbaycanBaş hakim: Dennis Yohan Hiqler (Hollandiya).Budapeşt. “Qrupama Arena” stadionu.
Oxşar xəbərlər
Macarıstan - Azərbaycan matçını 15 minə yaxın uşaq izləyəcək
Azərbaycan millisinin AVRO-2020-nin seçmə mərhələsində Macarıstanla səfər matçını stadionda 15 minə yaxın uşaq izləyəcək.BAKU.WS-in məlumatına görə, Macarıstan...
