Debüt oyununda Azərbaycan millisinə qol vuran futbolçu: “Unudulmaz bir gün oldu”

Debüt oyununda Azərbaycan millisinə qol vuran futbolçu: “Unudulmaz bir gün oldu”
İdman 834
“Mən böyük arzumu həyata keçirib milli komandada debüt etdim”. APA-nın məlumatına görə, bunu Macarıstan milli komandasının futbolçusu David Holman deyib.26 yaşlı yarımmüdafiəçi ölkəsinin yığmasındakı debütünü Bakıda gerçəkləşdirib. AVRO-2020-nin seçmə mərhələsinin Azərbaycan millisi ilə görüşündə meydana çıxıb və ilk matçında qol hesabını da açan hücumameylli yarımmüdafiəçi oyun haqda fikirlərini açıqlayıb: “Xəyallarım artıqlaması ilə gerçəkləşdi. İlk oyunum da qol da vurdum. Çox gözəl və unudulmaz bir gün oldu. Komandadakı ab-havaya gəlincə, biz bir ailə kimi vahid hədəf ətrafında birləşmişik".Qeyd edək ki, Macarıstan yığması Azərbaycan millisi ilə “Bakcell Arena”dakı görüşdə 3:1 hesabı ilə qalib gəlib.

Oxşar xəbərlər

Yığmamız yenə uduzdu: Bu dəfə macarlara 3 xal verdik

Yığmamız yenə uduzdu: Bu dəfə macarlara 3 xal verdik

Avro-2020-nın seçmə mərhələsi çərçivəsində milli komandamız “Bakcell Arena”da Macarıstan kollektivini qəbul edib. BAKU.WS-in məlumatına görə, qarşılaşmanı Nider...

634 İdman 21:56 08 iyun 2019

Son xəbərlər