UEFA-nın 70 nümayəndəsi Bakıya gəlib - SƏBƏB

UEFA-nın 70 nümayəndəsi Bakıya gəlib - SƏBƏB
İdman 556
2020-ci ildə təşkil olunacaq futbol üzrə Avropa çempionatının oyunlarına hazırlıq işləri ilə tanışlıq məqsədilə avqustun 19-da UEFA nümayəndələrinin Bakıya işgüzar səfəri başlayıb.BAKU.WS AFFA-nın saytına istinadla xəbər verir ki, UEFA-nın 70 nümayəndəsindən ibarət heyət müxtəlif sahələrdə hazırlıq işlərinin gedişi ilə tanış olacaqlar. UEFA nümayəndələrinin səfəri avqustun 22-dək davam edəcək. Həmin gün, eyni zamanda, “Avro 2020”nin UEFA sponsorlarının da nümayəndələri Bakıya gələcək və Bakı Olimpiya Stadionu, şəhərimizdəki otellər, fan-zonanın təşkili üçün planlaşdırılan ərazilərlə tanış olacaqlar.Xatırladaq ki, UEFA İcraiyyə Komitəsinin qərarına əsasən, “Avro 2020”nin 4 oyunu Bakı Olimpiya Stadionunda keçiriləcək. İyunun 13-də, 17-də və 21-də “A” qrupunun oyunları, iyulun 4-də isə dörddəbir final mərhələsinin bir qarşılaşması Bakı Olimpiya Stadionunda təşkil olunacaq.

Oxşar xəbərlər

Bu gün Bakıda UEFA Avropa Liqasının final oyunu keçiriləcək

Bu gün Bakıda UEFA Avropa Liqasının final oyunu keçiriləcək

Bu gün Bakıda UEFA Avropa Liqasının final oyunu keçiriləcək.BAKU.WS xəbər verir ki, Avropanın nüfuzlu final qarşılaşmasını həyəcanla gözləyən azarkeşlər qrup mə...

1099 İdman 08:02 29 may 2019

Son xəbərlər