Türkiyə millisinin kapitanı: "Mənim üçün sonuncu idi"
Türkiyə milli komandasının kapitanı Hakan Çalhanoğlu Paraqvay yığmasına qarşı keçirilən dramatik oyundan sonra səssizliyini pozub.
BAKU.WS Oxu.az-a istinadən xəbər verir ki, DÇ-2026-da pley-off şanslarını itirdikləri həlledici matçın ardından təcrübəli yarımmüdafiəçi fikirlərini azarkeşlərlə bölüşüb.
"Mövcud vəziyyətdə danışmaq və uyğun söz tapmaq heç də asan deyil. Komandanı bu mərhələyə qədər biz daşımışdıq. Son iki matçda hər yolu sınaqdan keçirdik. Qapıya zərbələr endiririk, hücum edirik, lakin nəticə hasil olmur. Bu, sadəcə şanssızlıqdır. Rəqib isə ilk fürsətdəcə fərqlənməyi bacardı.
Biz gənc və perspektivli kollektivik, gələcəkdə bizi hələ çox böyük turnirlər gözləyir. Lakin bəlkə də, bu, mənim karyeramda sonuncu dünya çempionatı idi. Bütün komanda məyusdur, sanki hamımız məhv olduq. Çox çalışdıq, ancaq alınmadı. Yaşananlar hamımız üçün böyük bir təcrübəyə çevrildi", - deyə ulduz futbolçu vurğulayıb.
Xatırladaq ki, Türkiyə yığması Paraqvaya 0:1 hesabı ilə uduzaraq DÇ-2026-da pley-off xəyalları ilə vidalaşıb. Matçın taleyini həll edən yeganə qola isə 64-cü saniyədə Matias Qalarza imza atıb.
Oxşar xəbərlər
Türkiyə millisindən DÇ-2026-da şok antirekord: Qolsuz 62 zərbə
Türkiyə milli komandası 2026-cı il dünya çempionatında misligörünməmiş antirekorda imza atıb. BAKU.WS Oxu.Az istinadən xəbər verir ki, komanda turnirin ilk iki...