Tunis və Əlcəzair də yarımfinala yüksəldi - VİDEO
12
iyl
2019
10:43
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Afrika Millətlər Kubokunda yarımfinal mərhələsinin bütün iştirakçıları məlum olub.BAKU.WS xəbər verir ki, ¼ final mərhələsinin daha 2 oyunu keçirilib.Fildişi Sahili ilə Əlcəzair arasındakı matçın əsas vaxtı 1:1 hesabı ilə başa çatıb. Əlavə vaxtda da qalib müəyyənləşmədiyi üçün penaltilər seriyasına ehtiyac duyulub. Burada daha dəqiq oynayan Əlcəzair millisi qalib gələrək yarımfinala yüksəlib.Digər matçda isə Tunis Madaqaskar üzərində 3:0 hesablı parlaq qələbə qazanıb.Qeyd edək ki, yarımfinalda Tunis Seneqalla, Əlcəzair isə Nigeriya ilə qarşılaşacaq.Fildişi Sahili - Əlcəzair - 1:1 (penaltilər, 3:4)Qollar: 20 - Fequli (0:1), 62 - Kodcia (1:1)Madaqaskar - Tunis - 0:3Qollar: 52 - Sassi, 60 - Msakni, 90+3 - SlitiFərid ƏDALƏT
Oxşar xəbərlər
Afrika Millətlər Kubokunda ilk yarımfinalçılar məlumdur - VİDEO
Afrika Millətlər Kubokunda 1/4 final mərhələsinə start verilib.BAKU.WS xəbər verir ki, mərhələnin ilk matçında Seneqal Benini 1:0 hesabı ilə məğlub edib.Günün d...