Trent Alexander-Arnold "Real Madrid"lə müqavilə imzaladı
30
may
2025
14:34
"Real Madrid", "Liverpul"un gənc futbolçusu və İngiltərə millisinin müdafiəçisi Trent Alexander-Arnold ilə müqavilə imzaladığını açıqlayıb.
BAKU.WS xəbər verir ki, futbolçu klub ilə 2031-ci ilin iyunun sonuna kimi müqavilə imzalayıb.
Xatırladaq ki, mayın 5-də futbolçu "Liverpul"dan ayrıldığını açıqlayıb. 26 yaşlı Trent Mersisaydlıların heyətində 352 oyun keçirib, 23 qol vurub və 92 məhsuldar ötürmə edib.
Daha əvvəl bildirilirdi ki, "Liverpul" Alexander-Arnold-u Klublararası Dünya Çempionatı öncəsi "Real Madrid"ə buraxmaq niyyətində deyil.
Oxşar xəbərlər
İslamiada: Azərbaycanın 3x3 basketbol millisi ilk oyununda qələbə qazanıb
Azərbaycanın qadınlardan ibarət 3x3 basketbol millisi Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyadda təşkil olunan VI İslam Həmrəyliyi Oyunlarında ilk oyununa çıxıb...