Totti 20 illik həyat yoldaşının xəyanətindən danışdı: "Oteldə görüşərik" mesajını tutdum"
Yeniliklərdən dərhal xəbərdar olun
"Roma"nın əfsanəvi futbolçusu Françesko Totti ilk dəfə keçmiş həyat yoldaşı İlari Blasinin xəyanətindən danışıb.
BAKU.WS xəbər verir ki, o bu barədə “Corriere della Sera” nəşrinə müsahibəsində bəhs edib.
"Keçən ilin sentyabrında mənə şayiələr gəlməyə başladı. Dedilər, İlarinin həyatında başqası var".
Keçmiş futbolçu söz-söhbətləri təsdiqləmək üçün həyat yoldaşının mobil telefonunu yoxlayıb. Tottinin sözlərinə görə, dostları ona Blasinin xəyanət etdiyini bildirsə də, əvvəlcə inanmayıb.
"20 il ərzində nə mən bunu etmişdim, nə də o mənə qarşı belə bir şey etmişdi. Amma güvəndiyim müxtəlif insanlardan sözlər eşidəndə şübhələndim. Telefonuna baxdım və "oteldə görüşərik" mesajını oxudum. Həm də gördüm ki, İlari ilə başqa biri arasında vasitəçilik edən üçüncü şəxs var".
Totti 20 illik həyat yoldaşından ayrılmasının ona pis təsir etdiyini bildirib:
"Bu depresiyaya gətirib çıxardı. Artıq yata bilmirdim. Heç bir şey olmamış kimi davranırdım, amma artıq özümdə deyildim, başqası idim. Naomi sayəsində depresiyadan çıxdım".
O, sevgilisi Naomi Bokçinin yenidən xoşbəxtlik tapmasına kömək etdiyini açıqlayıb:
"Biz dost kimi idik. Yeni ildən sonra bu, hekayəyə çevrildi. Naomi ilə hekayəm başlamazdan əvvəl İlari başqa kişilərlə görüşürdü".
Qeyd edək ki, Totti və İlari Blasi 2005-ci ildə evləniblər. Onların üç övladı var.
Oxşar xəbərlər
Danışılmış oyunlarda iştirak edən azərbaycanlı futbolçular - SİYAHI
Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının “danışılmış oyunlar”a qarşı apardığı mübarizə çərçivəsində Birinci divizionda keçirilən oyunlar mütəmadi qayda...