Totti futbola vida etdi - hər kəsi göz yaşlarına boğdu (VİDEO)

Totti futbola vida etdi - hər kəsi göz yaşlarına boğdu (VİDEO)
Video
İdman 11949

İtalyan futbolçu Françesko Totti karyerasına son qoyub.

BAKU.WS-in məlumatına görə, kapitanı olduğu "Roma" futbol klubuna vida edən futbolçunu azarkeşlər və komanda yoldaşları göz yaşları içərisində yola salıb. 

Totti FİFA-nın "Dünyanın ən yaxşı 125 futbolçusu" siyahısında yer alır. 2 dəfə İtaliya milli futbol çempionatında ilin futbolçusu, 5 dəfə isə ilin italyan futbolçusu seçilib.

İtaliya milli futbol çempionatı tarixində ən çox qol vuran futbolçular sırasında 215 qol ilə 5-ci sıradadır. UEFA Çempionlar Liqasında və UEFA Avropa Kubokunda toplam 270 qol vurmuş və 143 qola assistentlik etmişdir.

2011-ci ildə Kriştiano Ronaldo, Ueyn Runi kimi futbolçuları qabaqlayaraq Avropanın ən yaxşı futbolçusu seçilib. 

Şahin Həbibov

BAKU.WS

Oxşar xəbərlər

Dünyanın ən populyar futbolçusu terrorçu elan olundu

Dünyanın ən populyar futbolçusu terrorçu elan olundu

Misir millisinin sabiq futbolçusu Mohammed Abutrikanın adı ölkədə qadağan olunmuş "Müsəlman qardaşları” İslam Hərəkatı ilə şübhəli bilinən terrorçular siyahısın...

2197 İdman 20:09 18 yanvar 2017

Son xəbərlər