"Tottenhem" - "Qarabağ" oyununu fransalı hakim idarə edəcək
Yeniliklərdən dərhal xəbərdar olun
İngiltərədə yerli "Tottenhem" və "Qarabağ" komandaları arasında keçiriləcək UEFA Avropa Liqasının Liqa mərhələsinin I turunun oyununu fransalı hakim idarə edəcək.
BAKU.WS UEFA-nın rəsmi saytına istinadən xəbər verir ki, qarşılaşma FIFA referisi Villi Delajoda tapşırılıb.
Ona Ervan Finjan və Filip Jan köməklik göstərəcək. Dördüncü hakim funksiyasını Tomas Leonard yerinə yetirəcək. VAR-da Benua Miyo, AVAR-da Alan Kicas əyləşəcək.
Qeyd edək ki, sentyabrın 26-da keçiriləcək "Tottenhem" - "Qarabağ" oyunu Bakı vaxtı ilə saat 23:00-da start götürəcək.
Oxşar xəbərlər
Çempionlar Liqasında "Sabah"la qarşılaşacaq "Barselona" Bakıya gəlib
Bakıda "Sabah"la UEFA Çempionlar Liqasının oyununda üz-üzə gələcək İspaniyanın "Barselona" komandası Bakıya gəlib. BAKU.WS "Report"a istinadən xəbər verir ki, İ...