"Tottenhem"in huşunu itirən futbolçusu özünə gəlib
İngiltərə Liqa Kubokunun "Liverpul"la ilk yarımfinal matçında huşunu itirən "Tottenhem"in və Uruqvay millisinin yarımmüdafiəçisi Rodriqo Bentankur sosial şəbəkələrdə yeni paylaşım edib.
BAKU.WS xəbər verir ki, idmançı azarkeşlərə dəstəyə görə təşəkkür edib və hadisədən sonra özünü yaxşı hiss etdiyini bildirib.
"Hər şey yaxşıdır! Mesajlar üçün təşəkkür edirəm! Hər kəsə xoş qələbələr!" - oyunçu yazıb.
Xatırladaq ki, futbolçu matçın yeddinci dəqiqəsində yüksək top uğrunda mübarizə apararkən uğursuz formada yıxılıb. Yıxıldıqdan sonra Bentankur hərəkət edə bilməyib. Daha sonra klubun həkimlər briqadası meydançaya çıxıb. Nəticədə oyunda 10 dəqiqə fasilə yaranıb. Futbolmu isə dərhal London xəstəxanasına çatdırılın.
Qeyd edək ki, "Tottenhem" - "Liverpul" matçı ev sahiblərinin minimal hesablı 1:0 hesablı qələbəsi ilə yekunlaşıb. Yeganə qolu 86-cı dəqiqədə Lukas Berqvall vurub, onun assistini Dominik Solanke edib. Cavab oyunu fevralın 6-da Liverpuldakı Enfild stadionunda keçiriləcək.
Oxşar xəbərlər
İranlı futbolçular Asiya Kubokunda himni oxumayıb
İran qadın futbol millisi Asiya Kuboku çərçivəsində Cənubi Koreyaya qarşı keçirilən oyundan əvvəl dövlət himnini oxumayıb. BAKU.WS xəbər verir ki, bu barədə "M...