“Tofiq Bəhramov” stadionunda “Qarabağ”ın avrokubok oyunu üçün son tamamlanma işləri görülür
Tofiq Bəhramov adına Respublika stadionunda “Qarabağ”ın UEFA Avropa Liqasının pley-off mərhələsində Portuqaliya klubu “Braqa”ya qarşı keçirəcəyi oyun üçün son tamamlanma işləri görülür.
Bu barədə BAKU.WS-ə açıqlamasında arenanın direktoru Tələt Məmmədov məlumat verib.
O bildirib ki, hazırda stadionda hər şey qaydasındadır, heç bir problem yoxdur.
T.Məmmədov arenada ötən ilin dekabrında uçan dam örtüyünün bərpası ilə bağlı Türkiyədən sifariş verilən tavanın nə zaman gətiriləcəyinin hələ dəqiq bilinmədiyini sözlərinə əlavə edib: “Bu, müəyyən zaman tələb edir. Bu işlə sığorta şirkəti məşğuldur. Çünki stadion sığortalanmışdı. Nə zaman gətiriləcəyi barədə hələ dəqiq informasiya yoxdur”.
Qeyd edək ki, fevralın 22-də keçiriləcək “Qarabağ” – “Braqa” oyunu saat 21:45-də başlayacaq. Komandalar arasında Portuqaliyada baş tutan ilk görüşdə Azərbaycan çempionu 4:2 hesablı qələbə qazanıb.
Oxşar xəbərlər
Avropa Liqası: “Qarabağ” son dəqiqələrdə buraxdığı qolla “Bayer 04”ə məğlub olub - YENİLƏNİB-5
“Qarabağ” UEFA Avropa Liqasının qrup mərhələsində növbəti oyununu keçirib. Qurban Qurbanovun baş məşqçisi olduğu kollektiv IV turda Almaniyanın “Bayer 04” klubu...