Tanınmış jurnalistə yeni vəzifə verildi
Yeniliklərdən dərhal xəbərdar olun
Peşəkar Futbol Liqasında (PFL) yeni təyinat olub.
BAKU.WS PFL-in rəsmi saytına istinadən xəbər verir ki, PFL rəhbərliyinin qərarına əsasən Marketinq qrupu Mətbuat və İctimaiyyətlə Əlaqələr Departamentinin tərkibinə verilib.
Tanınmış jurnalist Sənan Abdullayev Peşəkar Futbol Liqasının yeni media və marketinq direktoru təyin olunub.
2005-ci ildə “Futbol+” qəzetində jurnalist kimi fəaliyyətə başlayan S.Abdullayev 2007-ci ildən "Xəzər TV"-də müxbir, aparıcı, idman redaktoru vəzifələrində çalışıb. 2015-ci ilin "Ən yaxşı idman jurnalisti" adına layiq görülmüş Abdullayev 2020-ci il iyulun 22-də Prezident İlham Əliyevin Azərbaycan Milli Mətbuatının 145 illiyi münasibətilə KİV nümayəndələrinin mükafatlandırılması barədə sərəncamları çərçivəsində "Tərəqqi" medalı ilə təltif olunub.
Qeyd edək ki, buna qədər PFL-də Aslan Şahgəldiyev vitse-prezident, Elgiz Abbasov texniki-idman direktoru, Zaur Hacı-Məhərrəmov isə icraçı-direktor təyin olunub.
Oxşar xəbərlər
Zaur Hacı-Məhərrəmov: "PFL-i daha yüksək səviyyəyə qaldıracağıq"
"İnanıram ki, PFL-i daha yüksək səviyyəyə qaldıracağıq". BAKU.WS xəbər verir ki, bunu report-a açıqlamasında Peşəkar Futbol Liqasının (PFL) yeni icraçı direktor...