Aslan Şahgəldiyev PFL-in vitse-prezidenti təyin olundu
Yeniliklərdən dərhal xəbərdar olun
Peşəkar Futbol Liqasında (PFL) struktur dəyişikliyi edilib.
BAKU.WS xəbər verir ki, qurumda yeni vitse-prezident postu yaradılıb.
Yeni yaradılmış posta artıq təyinat rəsmiləşdirilib. Uzun illərdir ki, PFL-də çalışan Aslan Şahgəldiyev vitse-prezident təyin olunub.
Qeyd edək ki, Aslan Şahgəldiyev 2004-cü ildən futbol sahəsində çalışır. O, 2004-cü ildən 2009-cu ilədək “Karvan” klubunda fəaliyyət göstərib. Azərbaycan çempionatının gümüş, bürünc medallarını qazanmış və avrokuboklarda mərhələ keçmiş komandanın idarə heyətində yer alıb. Şahgəldiyev 2009-cu ildən bu günədək Peşəkar Futbol Liqasının Mətbuat və İctimaiyyətlə Əlaqələr Departamentinin rəhbəri idi.
Oxşar xəbərlər
İslamiada: Azərbaycan medal sıralamasında 4-cü pilləyə yüksəlib
Türkiyənin Konya şəhərində keçirilən V İslam Həmrəyliyi Oyunlarının 7-ci yarış günündən sonra Azərbaycanın aktivindəki medalların sayı 28-ə yüksəlib. BAKU.WS Re...