Tanınmış qolkiper siqaret çəkmək üçün kimdən razılıq aldığını açıqladı

Tanınmış qolkiper siqaret çəkmək üçün kimdən razılıq aldığını açıqladı
İdman 11

"Barselona"nın qapıçısı Voytex Şçesnı katalon klubunun baş məşqçisi Hans-Diter Flikin ona siqaret çəkməyə necə icazə verdiyi barədə danışıb.

BAKU.WS xəbər verir ki, polşalı qolkiperin sözlərindən "Sport.es" saytı sitat gətirib.

"Yaxınlarda məşqçiylə saunada otururduq və mən ondan [mənim siqaret çəkməyim] barədə nə düşündüyünü soruşdum. Məşqçi cavab verdi ki, əsas olan meydanda nə etdiyimdir. Əgər sən super-professionalsansa, hətta mükafatlandırma mərasimində belə siqaret çəkə bilərsən", – deyə polşalı bildirib.

Bununla belə, qapıçı 2015-ci ildə Londonun "Arsenal" klubunda çıxış edərkən bu vərdişi səbəbindən xoşagəlməz vəziyyətlə qarşılaşmışdı. O, "Sautgempton"la oyundan sonra (0:2) duşda siqaret çəkmiş, bundan sonra komandanın baş məşqçisi Arsen Venger onu əsas heyətdən kənarlaşdırmış və az sonra icarəyə "Roma"ya göndərmişdi.

Xatırladaq ki, Şçesnı 2024-cü ilin avqustunda karyerasını başa vurmuşdu, lakin onu oktyabrda yenidən bərpa edərək katalon klubuna qoşuldu. Mövsümdə o, 9 oyun keçirib və bu matçlarda 17 qol buraxıb.

Son xəbərlər