Stadnikdən başqa hamısı uduzdu
Yeniliklərdən dərhal xəbərdar olun
Bakıda güləş üzrə Avropa Olimpiya Təsnifat turniri davam edir.
BAKU.WS qafqazinfo-ya istinadən xəbər verir ki, Azərbaycanın qadın güləşçisi Mariya Stadnik turnirə uğurla başlayıb.
50 kq çəki dərəcəsində mübarizə aparan onqat Avropa və ikiqat dünya çempionu 1/4 finalda litvalı Qabija Dilite üzərində 10:0 hesablı qələbə qazanıb. Bununla Stadnik yarımfinala yüksəlib.
Jalə Əliyeva isə (57 kq) 1/4 finaldan mübarizəyə qoşulub. İdmançı ilk görüşündə Ukrayna təmsilçisi Alina Akobyaya 0:10 hesabı ilə məğlub olaraq, mübarizəni dayandırıb.
Qeyd edək ki, daha əvvəl Elnurə Məmmədova (53 kq), Birgül Soltanova (62 kq) və Elis Manolova (68 kq) təsnifat mərhələsində məğlub olaraq mübarizəni dayandırıblar.
Oxşar xəbərlər
Avropa Olimpiya Təsnifat turniri: Mariya Stadnik yarımfinala yüksəlib - YENİLƏNİB
Azərbaycanın qadın güləşçisi Mariya Stadnik Bakıda keçirilən Avropa Olimpiya Təsnifat turnirində uğurlu start götürüb. BAKU.WS report-a istinadən xəbər verir ki...