İspaniyanın üç klubu Arda Gülerə "elçi düşdü"

İspaniyanın üç klubu Arda Gülerə elçi düşdü
İdman 1

Zədə səbəbindən hələ də "Real Madrid"də oynamaq şansı əldə etməyən Arda Güler yenidən transfer mövzusu ilə gündəmə gəlib.

BAKU.WS bu barədə "Milliyet"ə istinadən xəbər verir.

Məlumata görə, 18 yaşlı futbolçu ilə İspaniyanın 3 klubunun maraqlandığı bildirilib.

Bu klubların "Vilyarreal", "Las Palmas" və "Selta Viqo" olduğu deyilir.

"Vilyarreal"ın türkiyəli futbolçunun mümkün transferi ilə yarımmüdafiəsini gücləndirmək istədiyi qeyd edilib.

"Las Palmas"da Conatan Vieradan sonra Gülerin klubun Avropaya qatılmaq məqsədi üçün yaxşı seçim ola biləcəyi vurğulanıb.

Ardanın "Selta Viqo"ya mümkün transferinin meydanda bəzi mövqeləri gücləndirə biləcək amil olduğu və liqada qalmaq üçün komandanın keyfiyyətini yüksəltmək üçün uyğun həll yolu ola biləcəyi irəli sürülüb.

Qeyd edək ki, 18 yaşlı futbolçunun yanvarın 3-də keçiriləcək "Malyorka" ilə matça hazır olacağı gözlənilir.

Mokaland Uşaq Əyləncə Mərkəzi

Son xəbərlər