Şahmatçılarımız Avropa çempionatında ermənilərlə qarşılaşır - YENİLƏNİR

Şahmatçılarımız Avropa çempionatında ermənilərlə qarşılaşır - YENİLƏNİR
İdman 649
Batumidə kişi və qadın şahmatçılardan ibarət komandalar arasında Avropa çempionatının səkkizinci turunun oyunları keçirilir.BAKU.WS xəbər verir ki, kişi şahmatçılarımız Ermənistan, qadın yığmamız Fransa komandaları ilə mübarizə aparırlar.Ötən turda İsveçrə yığmasına qalib gələn kişilərdən ibarət komandamız erməni rəqibləri ilə mübarizəyə start veriblər.KişilərAzərbaycan - ErmənistanŞəhriyar Məmmədyarov - Levon AronyanArkadi Naydiç - Qabriel SargissyanQədir Hüseynov - Qrant MelkumyanEltac Səfərli - Arman PaşikyanQadınlar Sofi Miyye - Günay MəmmədzadəPolen Gişar - Xanım BalacayevaAlmira Skripçenko - Ülviyyə FətəliyevaNataşa Benmesba - Gülnar MəmmədovaXatırladaq ki, Azərbaycanın kişi şahmatçıları üç dəfə - 2009-cu, 2013-cü və 2017-ci illərdə Avropa çempionu adına layiq görülüblər. Komandamız 2011-ci ildə qitə çempionatının gümüş, 2007-ci ildə isə bürünc medallarını qazanıb.

Oxşar xəbərlər

Son xəbərlər