"Sevilya" 6-cı dəfə Avropa Liqasını qazandı
Avropa Liqasında 2019/20 mövsümü başa çatıb.
BAKU.WS xəbər verir ki, final matçında "Sevilya" və "İnter" qarşılaşıb.
Qarşılıqlı qolların vurulduğu matçda öncə "İnter" hesabda önə çıxsa da, "Sevilya" vəziyyəti öz xeyrinə dəyişib. Lakin, "İnter" qısa zamanda hesabı bərabərləşdirə bilib. Yalnız matçın sonlarına yaxın "Sevilya" hesabda yenidən önə çıxıb və sona qədər bunu qoruyub.
Beləliklə, "Sevilya" görüşdən 3:2 hesabı ilə qalib ayrılıb və tarixind 6-cı dəfə Avropa Liqasının qazanıb.
Sonuncu dəfə 1998-ci ildə ikinci dərəcəli klub turnirinin qalibi olan “İnter” isə 22 illik fasilədən sonra bu uğuru təkrarlaya bilməyib. "İnter" Avropa Liqasındakı (əvvəlki UEFA Kuboku) 5-ci final görüşdə 2-ci məğlubiyyətini alıb.
“Sevilya” (İspaniya) – “İnter” (İtaliya) - 3:2Qollar: De Yonq, 12, 33, Diaqo Karlos, 74 - Lukaku, 3 (pen.), Qodin, 36Köln. “Reyn Enerji” stadionu
Oxşar xəbərlər
Çempionlar Liqası və Avropa Liqasının həlledici mərhələlərinin püşkü atıldı
Çempionlar Liqasının və Avropa Liqasının 2019/20 mövsümünün son püşkatma mərasimi keçirilib. BAKU.WS apasport.az-a istinadən xəbər verir ki, İsveçrənin Nyon şəh...