Şahrudin Məhəmmədəliyev Rusiya klublarından təklif alıb?
Azərbaycan millisinin qapıçısı Şahruddin Məhəmmədəliyev karyerasını "Qarabağ"da davam etdirmək istəyir.
BAKU.WS xəbər verir ki, bu barədə "Teleqraf"a 30 yaşlı qolkiperin özü açıqlama verib.
O, Rusiya klublarından təklif almasına dair iddiaları təkzib edib: "Söz-söhbətlər çoxdur, amma mən "Qarabağ" klubunun oyunçusuyam".
Məhəmmədəliyev Ağdam təmsilçisindən ayrılmaq niyyətində olmadığını bildirib: "Burada uzun müddət qalmaq, komandaya fayda vermək istəyirəm. "Qarabağ"da hələ tamamlanmamış işlərim var".
Qeyd edək ki, 30 yaşlı "əlcək sahibi" 2023/2024 mövsümündə Türkiyənin "Adana Demirspor" komandasında çıxış etdikdən sonra ötən yay 1 illik müqavilə əsasında "Qarabağ"a transfer olunub.
Oxşar xəbərlər
İbrahim Həsənov dünya çempionatının finalında
Bakıda keçirilən güləş üzrə U17 dünya çempionatı sona yaxınlaşır. BAKU.WS xəbər verir ki, Milli Gimnastika Arenasında təşkil edilən yarışın altıncı günündə sərb...