"Sabah" klubunun Avroliqadakı rəqibi bu gün bəlli olacaq
"Sabah" klubunun UEFA Avropa Liqasının I təsnifat mərhələsində qarşılaşacağı rəqib bu gün müəyyənləşəcək.
BAKU.WS xəbər verir ki, püşkatma mərasimi İsveçrənin Nyon şəhərində keçiriləcək və Bakı vaxtı ilə saat 17:00-da başlayacaq.
Turnirin səpələnməmişlər səbətində yer alan Bakı təmsilçisinin qarşısına çıxması ehtimal olunan 8 klub var. Bunlar İsrailin "Hapoel" (Beer-Şeva), Ukraynanın "Şaxtyor" (Donetsk), Serbiyanın "Partizan", Polşanın "Legiya", Rumıniyanın "ÇFR" (Kluj), Slovakiyanın "Spartak" (Trnava), Sloveniyanın "Sele" və Moldovanın "Şerif" komandalarıdır.
Qeyd edək ki, "Sabah" Avropa Liqasındakı ilk qarşılaşmasını iyulun 10-da, cavab oyununu isə iyulun 17-də keçirəcək.
Oxşar xəbərlər
Ali Tsokayev Serbiyada Avropa çempionu olub
Azərbaycan güləşçisi Ali Tsokayev (92 kq) Serbiyada təşkil olunan U-23 Avropa çempionatının qalibi olub. BAKU.WS "Report"a istinadən xəbər verir ki, A.Tsokayev...