"Sabah" - "Beşiktaş" oyununda anlamlı jest edilib

Sabah - Beşiktaş oyununda anlamlı jest edilib
İdman 92

"Sabah" və Türkiyənin "Beşiktaş" klubları Bakıda keçirilən xeyriyyə oyununda anlamlı jest ediblər.

BAKU.WS "report"a istinadən xəbər verir ki, komandalar meydana şəhid ailələrinin, qazilərin və zəlzələdən əziyyət çəkənlərin övladları ilə çıxıblar.

Matçın startından əvvəl üzərində Türkiyə və Azərbaycan bayraqları əks olunmuş, həmçinin "Bir millət, iki dövlət!" şüarı yazılmış nəhəng pankart da açılıb.

Qeyd edək ki, görüşdən əldə olunacaq bütün gəlirlər Türkiyədə baş vermiş zəlzələdən əziyyət çəkənlərə yardım üçün göndəriləcək.

Mokaland Uşaq Əyləncə Mərkəzi

Son xəbərlər