Rövşən Nəcəf: "Neftçi" azarkeşlərindən səbirli olmalarını istəyirik"

Rövşən Nəcəf: Neftçi azarkeşlərindən səbirli olmalarını istəyirik
İdman 107

"Çıxdığımız yolda "Neftçi" azarkeşlərindən səbir və etimad gözləyirik".

BAKU.WS report-a istinadən xəbər verir ki, bunu "Neftçi" PFK-nın Müşahidə Şurasının sədri, SOCAR-ın prezidenti Rövşən Nəcəf mətbuat konfransında deyib.

O bildirib ki, klubun son dövrlərdə fəaliyyəti ürəkaçan deyil:

"Klubda təkrar canlanmanı təmin etmək üçün strategiya hazırlanır. "Neftçi" azarkeşləri hər zaman klubun yanında olublar, heç vaxt dəstəklərini əsirgəməyiblər. Biz gördüyümüz işlər nəticəsində "Neftçi"nin yenidən yerli və beynəlxalq yarışlarda qələbələrlə azarkeşlərini sevindirəcəyinə inanırıq".

Mokaland Uşaq Əyləncə Mərkəzi

Son xəbərlər