"Neftçi"nin yeni prezidenti təqdim olunub - FOTO
Yeniliklərdən dərhal xəbərdar olun
“Neftçi” Peşəkar Futbol Klubunun (PFK) yeni prezidenti (baş icraçı direktoru) mediaya təqdim edilib.
BAKU.WS report-a istinadən xəbər verir ki, Fərrux Mahmudov “Neftçi” PFK-nın Müşahidə Şurasının sədri, SOCAR-ın prezidenti Rövşən Nəcəf tərəfindən təqdim olunub.
Rövşən Nəcəf Fərrux Mahmudova fəaliyyətində uğurlar arzulayıb.
F.Mahmudov klubun inkişaf istiqamətləri barədə məlumat verib: "Klubun fəaliyyəti ilə bağlı 4 istiqamət müəyyənləşdirilib. Bunlar idman tərəfi, doğru idarəetmə, maliyyə resursları, azarkeşlərlə düzgün kommunikasiyanın qurulmasıdır. Bütün bunlar təmin edildikdən sonra klubun fəaliyyətində dönüş yaranacağına ümid edirik".
Qalereya
Oxşar xəbərlər
Adrian Mutu “Neftçi”nin baş məşqçisi təyin olundu - FOTO
“Neftçi”nin yeni baş məşqçisi müəyyənləşib. Paytaxt klubundan verilən məlumata görə, bu post rumıniyalı Adrian Mutuya tapşırılıb. Bildirilib ki, bu gün “Neftçi”...