SOCAR necə Avro-2016-nın sponsoru oldu?

SOCAR necə Avro-2016-nın sponsoru oldu?
İdman 1804

 

SOCAR Trading şirkətinin icraçı direktoru Arzu Əzimov Cenevrənin İqtisadi və Maliyyə Agentliyinə (L'agence économique et financière à Genève) Azərbaycan Dövlət Neft Şirkəti tərəfindən Fransada keçirilən futbol üzrə Avropa çempionatının sponsorlaşdırılması ilə bağlı geniş müsahibə verib. SOCAR ilk dəfədir ki, Avropa çempionatının final mərhələsinin sponsorudur. SOCAR Trading 2007-ci ildən etibarən şirkətin Cenevrədə fəaliyyyət göstərən bölməsidir.

BAKU.WS "Qafqazinfo"-ya istinadən müsahibəni təqdim edir:

- SOCAR-ın Avro-2016-dakı reklamı SOCAR Trading-ə dividendlər gətirirmi?

- SOCAR brendinin tanınma göstəricisi yüksəlir. Avro-2016-da SOCAR-ın reklamı SOCAR Trading-in fəaliyyətinə çox müsbət təsir edir. Bu bizə yeni kontragentlərlə danışıqların gedişində kömək edir, nüfuzumuzu qaldırır.

- Avro-2016-nın oyunları zamanı SOCAR reklamının ön planda olmasına Cenevrədəki həmkarlarınızın reaksiyası barədə nə deyə bilərsiniz?

- Cenevrə, London və Bakıda yerləşən ofislərimizdə çalışan işçilərimizdən çoxlu zənglər və məktublar alıram. Hamı bütün Avropa boyunca bir sıra mədəni, idman və tədris layihələrini dəstəkləyən şirkətimizlə qürur duyur. Sosial şəbəkələrdə çoxsaylı qeydlər, reaksiyalar buna sübutdur.

- Avro-2016-da SOCAR-ın sponsor kimi iştirakı əməkdaşlarınızın motivasiyasını yüksəldirmi?

- Şübhəsiz. Futbol bütün dünyada çox populyardır. Bir çox kollektivlərdə olduğu kimi, biz də oyunlarla bağlı mərc gəlirik. Bu sponsorluq əməkdaşlarımızı birləşdirir.

- SOCAR-ın UEFA ilə bu partnyorluğunun investisiya həcmi nə qədərdir?

- Bu məbləğ açıqlanmır. Həm də SOCAR Trading şirkəti SOCAR-la UEFA arasında 2013-cü ilin may ayında bağlanmış bu sponsorluq sazişinin maliyyələşdirilməsində iştirak etmir. SOCAR rəhbərliyi futbolu sevir və bu idman növünü uzun illərdir ki, fəxrlə dəstəkləyir.

Azərbaycanda futbol on ildən artıq müddətdir ki, hökumət tərəfindən dəstəklənir. Yerli əhali çox fəxr edir ki, SOCAR loqotipi Avro-2016-nın bannerlərində əks olunub. Vətəndaşlar ölkələrinin bir çox xalqlar arasında çox populyar olan futbol vasitəsilə dünyaya bağlılığını hiss edirlər.

- 2011-ci ildə ExxonMobil-lə sövdələşmədən sonra 170 yanacaqdoldurma stansiyasının olduğu İsveçrədən bağqa SOCAR şirkəti geniş ictimaiyyət arasında məşhur deyil.

- Şirkətin Azərbaycanda, Gürcüstanda, Ukraynada və Rumıniyada yanacaqdoldurma stansiyaları var və bunun genişləndirilməsi imkanları araşdırılır. Doğrudur ki, SOCAR Energy törəmə şirkətinin İsveçrədə nəzarət etdiyi yanacaqdoldurma stansiyaları nüfuzumuzu xeyli artırıb. Montredəki festivalda sponsorluq kimi.

Aktivlərə yiyələnmə faktı SOCAR-ı BP, Shell və digər şirkətlərin daxil olduğu yüksək liqaya keçirir. Baxmayaraq ki, bu aktivlər SOCAR Trading-in balansına daxil edilməyib, bunlar brendin imicini qaldırır və qapıları üzümüzə açır.

- Avropada və dünyada SOCAR barədə məlumatlılığın aşağı səviyyədə olduğu halda ictimai kampaniyaların maliyyələşdirilməsi paradoksal deyilmi?

- Əksinə. Bu kampaniya bizim beynəlxalq ambisiyalarımızın göstəricisidir. SOCAR dünyada iştirak payını genişləndirir. Biz bu yaxınlarda sırf neft və neft məhsulları üzrə ticarət əməliyyatlarının həyata keçirilməsi məqsədilə Kanadada (Kalqari) və ABŞ-da (Hyuston) iki filialımızı açmışıq və Latın Amerikasında da görünmək niyyətindəyik.

Biz Sinqapurdakı törəmə şirkətimizi möhkəmləndiririk. Avropada təzhizatçı qismində daha tanınan olmağımıza yardımçı olan müştəri şəbəkəmizi inkişaf etdiririk. Üçüncü tərəflərlə ticarət münasibətlərimiz SOCAR Trading-in gəlirtlərinin ümumi həcminin 85%-ni təşkil edir.

BAKU.WS

Oxşar xəbərlər

Neftçilərin maaşı artırıldı

Neftçilərin maaşı artırıldı

Bu il aprelin 1-dən SOCAR əməkdaşlarının vəzifə maaşları tarif səbətinə uyğun olaraq 10 faiz artırılıb. BAKU.WS xəbər verir ki, bu barədə Trend-ə SOCAR-dan dey...

2842 İqtisadiyyat 20:03 22 aprel 2016

Son xəbərlər