Rövşən Nəcəf "Qarabağ"ı təbrik etdi
AFFA-nın prezidenti Rövşən Nəcəf "Qarabağ" klubunu UEFA Çempionlar Liqasının Liqa mərhələsinin ilk turunda Portuqaliyanın "Benfika" klubu üzərində 3:2 hesablı səfər qələbəsi qazanması münasibətilə təbrik edib.
BAKU.WS xəbər verir ki, o, bu barədə öz "X" hesabında paylaşım edib.
"UEFA Çempionlar Liqasının Liqa mərhələsinə möhtəşəm qələbə ilə başlayan "Qarabağ" Futbol Klubunu ürəkdən təbrik edirəm. Komandamıza qarşıdakı oyunlarda da uğurlar arzulayıram. Təbriklər", - deyə paylaşımda qeyd edilib.
⚽ UEFA Çempionlar Liqasının Liqa mərhələsinə möhtəşəm qələbə ilə başlayan 🇦🇿 “Qarabağ” futbol klubunu ürəkdən təbrik edirəm. Komandamıza qarşıdakı oyunlarda da uğurlar arzulayıram. Təbriklər!!!
— Rovshan Najaf (@RovshanNajaf) September 16, 2025
Oxşar xəbərlər
UFC çempionu İslam Maxaçev Las-Veqasda Moraleslə döyüşəcək
Rusiyalı yüngül çəki üzrə UFC çempionu İslam Maxaçev növbəti döyüşünü Maykl Moraleslə keçirəcək. BAKU.WS-in məlumatına görə, bu barədə məlumatı "El Comercio" y...