Ronaldu karyerasını başa vurmağa tələsmir
Portuqaliya millisinin və İngiltərənin "Mançester Yunayted" klubunun futbolçusu Kriştianu Ronaldu karyerasını başa vurmağa tələsmir.
BAKU.WS "Report"a istinadən xəbər verir ki, bu barədə portuqaliyalı hücumçu "Netflix"də yayımlanan "Mən Corcinayam" sənədli filmində açıqlama verib.
37 yaşlı forvard daha bir neçə il oynamaq üçün tətildə belə, formasını qoruduğunu bildirib. O, istirahət vaxtı fərqli məşqlər etdiyini söyləyib.
Qeyd edək ki, bu mövsüm "Mançester Yunayted"in heyətində meydana çıxdığı 23 oyunda 14 qol vuran Kriştianu Ronaldu 3 məhsuldar ötürmə edib.
Bizim Twitter səhifəmizə abunə olun
Oxşar xəbərlər
Ronaldu Zidanın "Mançester Yunayted"ə baş məşqçi təyin olunmasını istəyir
Portuqaliya millisinin futbolçusu Kriştianu Ronaldu Zinəddin Zidanın İngiltərənin "Mançester Yunayted" klubuna baş məşqçi təyin olunmasına qarşı deyil. BAKU.WS...