Ronaldu ardıcıl 2-ci dəfə ən yaxşı futbolçu seçildi
İngiltərənin "Mançester Yunayted" klubunda oktyabrın ən yaxşı futbolçusu açıqlanıb.
BAKU.WS "Report"a istinadən xəbər verir ki, "qırmızı şeytanlar"ın hücumçusu Kriştianu Ronaldu ardıcıl 2-ci dəfə bu ada layiq görülüb.
Azarkeşlər arasında soruğunun nəticələrinə əsasən, portuqaliyalı forvard 57 faiz səslə 1-ci olub. Onu 14 faizlik göstərici ilə qapıçı David De Xea və 13 faiz səslə hücumçu Markus Reşford izləyib.
Ronaldu "Mançester Yunayted"in heyətində oktyabrda keçirdiyi matçlarda 2 qol və 1 məhsuldar ötürmə ilə yadda qalıb.
Qeyd edək ki, 36 yaşlı futbolçu sentyabrdakı səsvermədə də bütün komanda yoldaşlarını qabaqlamışdı.
Oxşar xəbərlər
"Mançester Yunayted"dən Ronaldu ilə bağlı paylaşım: "O, evindədir" - VİDEO
İngiltərənin "Mançester Yunayted" klubunun sosial şəbəkə hesablarında yeni transfer Kriştianu Ronaldu ilə bağlı paylaşım edilib. BAKU.WS "Report"a istinadən xəb...