Azərbaycanın U-21 millisi seçmə mərhələnin son oyununda Cəbəllütariqi məğlub edib

Azərbaycanın U-21 millisi seçmə mərhələnin son oyununda Cəbəllütariqi məğlub edib
İdman 22

21 yaşadək futbolçulardan ibarət Azərbaycan millisi bu gün Avropa çempionatının seçmə mərhələsində son matçını keçirib.

BAKU.WS "Report"a istinadən xəbər verir ki, Rəşad Eyubovun baş məşqçisi olduğu komanda Bakıda Cəbəllütariq millisi ilə üz-üzə gəlib.

B qrupunun "Bank Respublika Arena"da gerçəkləşən görüşü U-21 yığmamızın inamlı qələbəsi ilə yekunlaşıb - 3:0. Qolları Nihat Əhmədzadə (8), Ağadadaş Salyanski (43, 51) vurublar.

Qeyd edək ki, U-21 qrupda 6 komanda arasında 10 xalla 5-ci olub.

Mokaland Uşaq Əyləncə Mərkəzi

Son xəbərlər